• şənbə, 27 Aprel, 07:41
  • Baku Bakı 12°C

Monitorinq keçirəcək ATƏT nümayəndələri Tərtər rayon İH-də olublar

08.06.18 11:06 537
Monitorinq keçirəcək ATƏT nümayəndələri Tərtər rayon İH-də olublar
Bu gün Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcəkATƏTnümayəndələri Tərtər rayon İcra Hakimiyyətində olublar.
APA-nın Qarabağ bürosunun xəbərinə görə,ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller Tərtər rayon İH başçısı Müstəqim Məmmədovla görüşüblər.
Görüş zamanı M.MəmmədovATƏTnümayəndələrinə bildirib ki, fevralın 6-dan bu günə kimi Ermənistan silahlı qüvvələri456 dəfə atəşkəsi pozublar.
Daha sonraATƏTnümayəndələri təmas xəttinə yollanıb.
Qeyd edək ki, bu günATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, monitorinqi Azərbaycan tərəfindənATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində şəxsi nümayəndə Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcək.
banner

Oxşar Xəbərlər