• cümə, 29 Mart, 11:12
  • Baku Bakı 5°C

Monika Belluççi “AST” Telmanla münasibətlərindən danışıb

20.05.14 13:58 1772
Monika Belluççi “AST” Telmanla münasibətlərindən danışıb
Məşhur italyan aktrisası, Kann kinofestivalında iştirak edən Monika Bellucci maqazin mediasının onun şəxsi həyatına dair sualları ilə qarşılaşıb.
Virtualaz.org bildirir ki, bu barədə İtaliyanın maqazin mediası xəbər yayıb. Ötən il əri fransız aktyoru Vensan Kasseldən boşanan və hazırda subay olan M.Bellucciyə Azərbaycan əsilli milyarder Telman İsmayılovla sevişdiyi barədə çoxdandır dolaşan şayiələri xatırladıblar.
Jurnalistlər ondan yeni sevgilisinin Telman İsmayılov olub-olmadığını soruşublar.
M.Bellucci bu şayiələrə münasibət bildirmək istəmədiyini, ancaq hazırda tək olduğunu, qızı ilə yaşadığını bildirib.
Aktrisa deyib ki, sevgi onun həyatında həmişə başlıca rol oynayıb və yenidən sevməyə qarşı deyil. Hərçənd, aktrisa yenidən kimisə sevə biləcəyinə skeptik yanaşdığını da deyib: “Sevgi mənim həyatımda mühüm rol oynayır, ona görə də mən yenidən sevə bilərəm. Əslində niyə də olmasın? İndi hər şey dəyişib, hətta nənələr də vurulur” - deyə M.Bellucci bildirib.
Xatırladaq ki, ötən il dünya mediasında yayılan şayiələrə görə, M.Bellucci ərindən məhz T.İsmayılovla olan sevgi münasibətlərinə görə boşanmışdı.
Bildirilirdi ki, M.Bellucci “AST Telman” ləqəbli T.İsmayılovla 2009-cu ildə Antalyada “Mardan Palace” otelinin açılışında tanış olub və o vaxtdan onunla görüşməyə başlayıb. Lakin T.İsmayılovun oğlu mətbuata açıqlamasında demişdi ki, atası bu şaiyələri gülüşlə qarşılayıb.
banner

Oxşar Xəbərlər