• cümə, 19 Aprel, 03:08
  • Baku Bakı 18°C

“Monako”nun sahibi niyə həbs edilib?

07.11.18 11:30 702
“Monako”nun sahibi niyə həbs edilib?
"Monako” sahibi Dmitri Rıbolovlev həbs olunub.
Kaspi.az xəbər verir ki, Rıbolovlevə qarşı irəli sürülən ittihamlar barədə məlumat yayılıb. Müxtəlif mənbələrin verdiyi məlumata görə, rusiyalı milyarder "Monako”nu qanunsuz yolla əldə etdiyi vəsait hesabına maliyyələşdirir, UEFA-nın qaydalarını pozur. Onun, Britaniyanın Vircinya adalarında və Honkonqda qanunsuz maliyyə əməliyyatları etdiyi də qeyd olunur.
Digər bir məlumata görə, Rıbolovlevin həbsi "Monako” ilə yox, şəxsi həyatı ilə bağlıdır. Oliqarx 2015-ci ildə art-diler Vuvye ilə konflikt yaşayıb. Rıbolovlev onu Pablo Pikasso və Amedeo Modilyaninin əsərlərinin qiymətini süni surətdə şişirtməkdə ittiham etmişdi.
Hazırda təqaüddə olan Monakonun sabiq polis rəisi Rejis Asso müxtəlif vaxtlarda milyarderdən hədiyyələr alıb. Monakonun sabiq ədliyyə naziri Filipp Narminonun da Rıbolovlevlə dostluq münasibətləri olub. O və həyat yoldaşı rusiyalı biznesmenin İsveçrədəki malikanəsində istirahət də ediblər. Bu ilin sentyabrında sabiq ədliyyə naziri korrupsiyada ittiham olunaraq, həbs edilib.
Rıbolovlev Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Brügge” ilə ev oyunundan öncə saxlanılıb. Onun ofisində axtarış aparılıb.
banner

Oxşar Xəbərlər