• cümə, 19 Aprel, 13:57
  • Baku Bakı 25°C

“Monako”nu satıb, “Milan”ı alır?

24.03.18 11:20 724
“Monako”nu satıb, “Milan”ı alır?
İtaliya mətbuatında yayılan məlumatda bildirilir ki, "Monako”nun sahibi, rusiyalı biznesmen Dmitri Rıbolovlev "Milan”ı almaq üçün knayzlıq klubunun səhmlərini satacaq.
Kaspi.az xəbər verir ki, məsələ ilə bağlı "Monako”nun vitse-prezidenti Vadim Vasilyev açıqlama verib. O, bununla bağlı heç bir danışıq aparmadıqlarını bildirib:
"Yayılan məlumatla bağlı bildirirəm ki, "Monako”nun satılması, "Milan”ın alınması ilə bağlı heç bir danışıq aparılmır. Prezident Rıbolovlev son 7 ildə layihənin inkişaf etməsindən məmnundu.
"Monako” 2011-ci ildə 2-ci liqada sonuncu yerdə qərarlaşmışdı. Hazırda isə çempionluq uğrunda mübarizə aparır. Gələcək hədəflərimiz istedadlı futbolçular yetişdirmək, infrastrukturu inkişaf etdirmək, yeni titullar qazanmaqdı.
Fakt şaiyədən önəmlidi. Klub bu gün Liqa kubokunun finalına köklənib”.
banner

Oxşar Xəbərlər