• cümə, 29 Mart, 15:05
  • Baku Bakı 14°C

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə kitab çap olunub

06.03.17 13:20 1026
Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə kitab çap olunub
Azərbaycan Prezidentinin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Molla Pənah Vaqif” adlı kitab nəşr olunub.
NazirlikdənAZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun müəllifi olduğu kitabda dahi söz ustasının həyat yolundan söhbət açılır, ədibin yaradıcılığı geniş aspektdə təhlil edilir. Vaqifşünaslığın zəngin ənənələrinə əsaslanan əsər, eyni zamanda, bir sıra yeni ideyaları ilə seçilir. İngilis dilində xülasənin daxil edildiyi kitab "Renessans-A” nəşriyyat evində yüksək poliqrafik keyfiyyətlə çap olunub.
Sentyabrın 28-30-da Bakıda baş tutacaq V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində "Molla Pənah Vaqif” kitabının geniş təqdimatı keçiriləcək.
Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.
banner

Oxşar Xəbərlər