• cümə, 29 Mart, 15:34
  • Baku Bakı 14°C

Moldovalı politoloq Ermənistan - Azərbaycan Sülh Platformasına qoşulub

13.04.17 11:20 685
Moldovalı politoloq Ermənistan - Azərbaycan Sülh Platformasına qoşulub
Moldovalı politoloq, Effektiv Siyasət İnstitutunun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenko Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.
Sülh Platformasının mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bəyanatda deyilir:
"Müharibənin nəticəsi həmişə fəlakət və məhv olur. Bu səbəbdən hesab edirəm ki, çox tez bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək lazımdır. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm.BMTTəhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həllindəATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. İki xalq əsrlər boyu sülh içində yaşayıb. Lakin münaqişənin həll olunmaması nəticəsində bu xalqların bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb və bu böyük bir fəlakətdir. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz hamımız sülh və təhlükəsizlik şəraitində yaşamalıyıq və mən inanıram ki, bu sülhə nail olacağıq. Yuxarıda qeyd olunan səbəblərə görə, bu sülh təşəbbüsünə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”.
banner

Oxşar Xəbərlər