AZE | RUS | ENG |

Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət-təhsil mərkəzi tikilir

Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət-təhsil mərkəzi tikilir
Moldovanın Çadır Lunqa şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa ediləcək Mədəniyyət-təhsil mərkəzinin binasının təməlqoyma mərasimi keçirilib.
 
APA-nın Moldova müxbirinin xəbərinə görə, 1600 kv.m-dən çox sahəsi olan Mədəniyyət-təhsil mərkəzi geniş otaqlardan və konsert zalından ibarətdir. Bina bütün lazımı avadanlıqlarla, eləcə də kompüter otaqları ilə təchiz olunacaq. 
 
Təməlqoyma mərasimində Moldova prezidenti İqor Nikolayeviç Dodon və Qaqauziya Muxtariyyətinin başqanı İrina Fedorovna Vlah iştirak ediblər. Heydər Əliyev Fondunu isə Azərbaycanın birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Ələkbər Quliyev təmsil edib.
 
Çıxış edənlər bildiriblər ki, tikilən mərkəzdə Çadır Lunqa şəhərinin və ətraf rayonların uşaqlar, gəncləri öz potensialını üzə çıxarmaq imkanına sahib olacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN