AZE | RUS | ENG |

Moldovada erməni ssenarisi baş tutacaqmı?

Moldovada erməni ssenarisi baş tutacaqmı?
Siyasilər əhalini vətəndaş itaətsizliyinə çağırır

Kişinyov meri seçilsə də, şəhər məhkəməsinin qərarı ilə mandatdan məhrum edilən Andrey Nestase öz seçicilərini küçələrə çıxıb etiraz səslərini qaldırmağa çağırıb. Hakimiyyətin susqunluğundan, hakimlərin özbaşınalığından narazı olan digər partiyaların nümayəndələri də insanları küçələrə çıxmağa dəvət ediblər. Moldova paytaxtının sabiq meri Dorin Kirtoake bəyan edib ki, Kişinyovda keçirilən səsvermənin nəticələrini bütün vasitələrlə müdafiə etmək gərəkdir. "Ermənistanda olduğu kimi bizlər də bütün etiraz vasitələrindən istifadə etməliyik - vətəndaş itaətsizliyindən tutmuş etirazlara kimi”, - deyə o bəyan edib. Separatçı vilayət kimi ad çıxarmış Qaqauz müxtariyyətində isə ümumiyyətlə parlament seçkilərini boykotla hədələyiblər. Beləliklə, ölkə vətəndaşlarını yenidən etirazlara çağırırlar, lakin insanlar siyasətçilərin onları 2015-2016-cı il etirazlarında necə aldatdıqlarını da yaddan çıxarmayıblar. O zaman tək Kişinyov deyil, ətraf şəhərlər və kəndlərin sakinləri də küçələrə çıxmışdılar. Hakimiyyətin istefasına çağıran insanlar banklardan oğurlanan 1 mlrd. dolların geri qaytarılmasını tələb etmişdilər. O zaman "Şərəf və həqiqət” vətəndaş platformasının rəhbəri vəzifəsində çalışan Andrey Nestase narazı insanları küçələrə çıxarmağa müvəffəq olmuşdu. Günbəgün sayları artan insanlar hökumət binasının qarşısında 300-ə yaxın çadır da quraşdırmışdılar. Onların platformasına sosialistlər və "Bizim partiya”nın tərəfdarları da qoşulmuşdular. Sağlar və sollar birləşməklə hökuməti devirə də bilərdilər. Lakin etiraz edən insanların qabağına birbaşa prezident seçkilərinin keçirilməsi formasında şirnikləndirici vəd atıldı. Seçkilər 2016-cı ildə baş tutdu və sosialistlərin lideri İqor Dodon prezident seçildi və etirazların da heç bir nəticəsi olmadı. Bir çoxları dəyişikliklərin baş verəcəyinə inansalar da, arzuları reallaşmadı. Real hakimiyyət prezidentin deyil, hökumət və oliqarx Vladimir Plaxotnyukun rəhbərlik etdiyi hakim Demokratik Partiyanın əlində cəmləşdi. Onu ölkədə sevməsələr də, real hakimiyyət tam şəkildə əlində cəmləşib. Vaxtilə Avropa Şurası Parlament Assambleyasının rəhbəri Rurbern Yaqland da Moldovanı "oliqarxların ələ keçirdiyi dövlət” adlandırmışdı. Yəni hər şey necə var idisə, elə də qalıb.
Hazırda elektorat da hər şeyin həll ediləcəyi seçkilərə hazırlaşır. Əvvəlcə yerli, sonra isə noyabr ayında keçiriləcək parlament seçkilərinə. Lakin Kişinyov meri uğrunda keçirilən seçkilərin nəticələri insanları ölkədə nəyinsə dəyişəcəyinə şübhə ilə yanaşmağa məcbur etdi. Çıxış yolunu isə Ermənistandakı kimi küçələrə çıxmaqda görüblər.
Kişinyov meri seçkilərində iki namizəd iştirak edirdi – sosialist İon Çeban və "Şərəf və həqiqət” vətəndaş platformasının rəhbəri vəzifəsində çalışan Andrey Nestase. Seçkilərdə 5 faiz fərqlə Nestase qalib gəldi. Sosialistlər Partiyası əvvəlcə bu qələbəni tanısa da, sonradan nəticələri məhkəmə müstəvisində ləğv etdirmək qərarı verdilər. Proses də onunla nəticələndi ki, Kişinyov şəhər məhkəməsi ümumiyyətlə paytaxt meri seçkilərinin nəticələrini tanımadı. Və tək Nestase deyil, onun rəqibi Çeban də kənarda qaldı. Moldov nəşrləri yazır ki, seçkilər zamanı qanun pozuntularına həqiqətən də yol verilib.
Beləliklə, vəziyyət mürəkkəb olaraq qalır, cəmiyyətdə ikitirəlik, hakimiyyətə qarşı narazılıq var. Lakin indi bir sıra seçicilər özlərinə sual verirlər – parlament seçkilərində kimə səs vermək və ümumiyyətlə hansı addımları atmaq lazımdır? Siyasilər hesab edirlər ki, hazırda siyasi texnoloqlar müxtəlif ssenari çızırlar. Lakin əksəriyyət proseslərin necə sonuclanacağı ilə bağlı suala cavab verməkdə çətinlik çəkir. Moldova parlamentində adının çəkilməsini istəməyən mənbə bildirib ki, sosialistlər bu seçkilərdə səs itirəcək və çoxluqdan məhrum olacaqlar. İstisna deyil ki, yeni parlamentdə Nestase Demokratik Partiya ilə birləşib çoxluğu əldə edəcək. Hadisələrin belə inkişafı ABŞ-ın bu ölkədəki səfiri Ceyms Pettiti də qane edir. O bildirib ki, yeni koalisiya avropayönümlü olacaq. Öz növbəsində prezident İqor Dodon bildirib ki, məhkəmənin seçkilərin nəticələri ilə bağlı qərarı bir çox suallar doğurur. Bu barədə o, özünün facebook səhifəsində yazıb. "Kimsə sosialistlərə parlament seçkilərində  kənardan hansısa dəstəyin göstərilməsindən qorxur. Nestase ilə bağlı insidentə gəldikdə, bu şəxs xarici siyasilərin tam dəstəyinə malikdir. Qarşıdan gələn parlament seçkiləri ərəfəsində hakimiyyətdə olan avrounionistlər isə bunu çox təhlükəli hesab ediblər”, - deyə prezident bildirib.
Moldovada baş verən prosesləri qonşu Rumıniyada da ciddi şəkildə izləyirlər. Rumın deputat Matey Dobrovie bildirib ki, hakim partiyanın sədri Vladimir Plaxotnyuk Kişinyov seçicilərinin qutularına "əl gəzdirib”. Çünki ona Nestasenin mer seçilməsi sərf etmir. Deputat Kişinyov məhkəməsinin qərarından hiddətləndiyini də bildirib. Hesab edib ki, Moldovada demokratiya dayanıb. unimedia.info. xəbər verir ki, sağların, solların məhkəməyə təzyiq göstərməkdə ittiham etdiyi Demokrat Partiyası çətin durumdadır.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000