Moldovada Bakının istisinə qızınan səfir
Ömür
yolunadoğulub-böyüdüyü kənddə,özünün təbirincə desək,
"məktəb görməmiş" nur üzlü Ananın on uşağından beşincisi olaraq
başlayan,əkin əkib, yer belləyən, o günlərdən bu günlərə diplomatik
arenada brendə çevrilən və hələ
dəköklərindənqopmayanbir dövlət adamıdır,müsahibim.Uzaq
Moldovada Bakının istisinə qızınan, köksündə "Azərbaycan dövlətinin dostu”
ordenini gəzdirib, qatıldığı hər mərasimdə bayraqlarımızı öz ölkəsinin bayrağı
ilə yanaşı dalğalandıran Türkiyə Respublikasının ölkəmizdəki keçmiş,
Moldovadakıindikisəfiri, Azərbaycan Respublikasının "Dostluq”
ordeni ilə təltif olunmuş Hulusi
bəyKılıçdır:
-Azərbaycana
xoş gəlmisiniz. Vətəninizə...
-"Vətəninizəxoş
gəlmisiniz” deməkdaha gözəlolardı.Çünki mən vətənimdə hiss
edirəm özümü.
-Elədir.
Siz bizdən dahaçoxazərbaycanlısınız.Bunu uzaq Moldovadan belə
hiss eləmək olar.Cənab səfir, bu sizin Bakıya neçənci gəlişinizdir?
-Azərbaycandan
heç vaxt qopmamışam. Burda dörd il yarımdan çox diplomatik fəaliyyətim
olub.Təbii ki, Azərbaycan,Bakı bizim üçün çox önəmlidir. Gözəl
xatirələrim var,dəyərli dostlarım var,bütün
küçələrinitanıyıram. Mənim üçünbu torpaqlar vətəndir,özünüvətəndə
hiss eləmək də gözəl duyğudur.Artıq bir il bir aydır ki,Moldovada
Türkiyənin səfiriyəm. Məncənab prezident İlham Əliyevəbir söz
verdim. "Harada olmağımdan asılı olmayaraq,ömrüm boyuAzərbaycanın elçisi
olacağam” dedim.Cənab prezident məni"Dostluq”ordeniilə
təltif edib.Bilirsinizmi, səfirliyim dövrünə qədər vəondan sonrakı
dövrlərdə dəbuordenə layiq görülən tək səfirəm.Bu orden
həmmənə verilən dəyərin göstəricisi,həm dəburdagördüyüm
işlərindiplomudur.Özümüçox azərbaycanlıdan daha artıq azərbaycanlı
hiss edirəm.Həmişəsəmimi olmuşam, çünki xalqın içindən
gəlmişəm.Ömür yolumxarakterimi zənginləşdirib. İşdən, işləməkdən
qorxmamışam, "iş məndən qorxsun” deyib, bütün çətinliklərin üstünə getmişəm.
Ona görə də bu məqamda olmaqdan məmnunam.
-Biz
də sizi növbəti dəfə burada görməkdən məmnunuq. Cənab səfir, Azərbaycanı bu
qədər özəl qılan nədir,sizin üçün?
-Millətimin
aşiqiyəm.Azərbaycanda anamıntürkcəsini eşidirəm.Bu, mənə
uşaqlığımı xatırladır. Biz bir millətin üzvüyük. O türkcənianam mənə
kənddəöyrətmişdi, Azərbaycan türkcəsi ilə doğulub böyümüşəm.
Bu,o deməkdir ki, oradakı insanlarımızla burdakı insanlarımızın
soyu-kökü eynidir.İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərin türkcəsifərqli
ola bilər,amma Anadoluda məhz Azərbaycan türkcəsi danışılır.
-
Belə demək mümkünsə, diplomatik və siyasi arenada bir brend olan Hulusi
Kılıç əslində bir kənd uşağıdır, eləmi?
-
Bəli,hamı bilsin,mən bununla fəxr edirəm.
-
Ailədə neçə övlad olubsunuz?
-
Beş oğlan, beş bacıyıq.
-
Siz neçəncisisiniz?
-
Beşinciyəm.
-
Sizdən başqa siyasətdə təmsil olunanlar varmı?
-
Sadəcə, mən.
-
O kənd sizə nələr verib?
-
O kənddənmənə dürüstlük qalıb,
yardımlaşma, verdiyin sözü tutma,birlik, sevgi, mehribanlıq, dostluq,
səmimiyyət, saflıq, sadəlik qalıb.
-
Bəs siyasət?
-
Mən siyasətçi deyiləm, dövlət məmuruyam,dövlətin işini
görürəm.Əslindəbizim işimiz də bir növsiyasətə xidmət
etməkdir.
-
Bir dövlətin elçisi olmağın yüküağır deyilmi?
-
Çox ağırdır. Qardaşölkədə o yük ikiqatağırlaşır. Mən həm
Azərbaycanın, həm də Türkiyənin böyük elçisiyəm.Ağır məsuliyyətdir. Yükün
ikiyə qatlanır.Bilirsinizmi, məndə işçi ruhu var. İşimi sevən, elədiyimə
toxunan bir insanam.Mən o vaxtlar indiki prezident, o vaxt baş nazir
olanTayyib bəyin yanında işləyirdim. İstədiyim yerə,həttaAmerikaya,
Avropayabelə səfirtəyin oluna bilərdim.Ammaniyyətim bu
qədər enerjini, bu qədər istəyi konkret, görünən bir işə çevirmək idi.
Moldovada qaqauz türkləri var, yəqin sosial şəbəkələrdən görübsünüz,onlaraçox
dəstək verirəm. Onların Türkiyə ilə bağlarının daha da
güclənməsinəçalışıram,türk dünyasınaaid olduqlarını hiss
etdirməyə cəhd göstərirəm. Bu,çox mühüm məsələdir.
-
Cənab səfir, Azərbaycanı, qaqauzları başa düşdüm, türkün gözü hər
yerdətürk axtarar.Yaxşı bilirikki,Azərbaycan sizin üçün
eləcə də digərTürkiyə səfirləri,diplomatlarıüçünhəm də
buna görə doğmadır, əzizdir. Bəs moldovanlarla sizinə bağlayır?
-
Moldova ilə bizim tarixi bir keçmişimiz var.
-
Emosional bir bağlılıqdan bəhs edirəm.
-
Hər şeydən əvvəl dostdur. Ondan sizə heç vaxt pislik gəlməz, həmişə yaxşılıq,
dostluq gözləyəcəyiniz, rifahını istədiyiniz bir ölkədir. Həm də orda dediyim
kimi, qaqauz türkləri var.
-
Və siz onlara tam dəstək verirsiniz...
-
Bəli. Mən sizi dəvət edirəm, bir gün gəlib gözünüzlə görün.Çox deyil, elə
on günbundanəvvəlGənclik Mərkəzinin təməlini atdıq. Bu
proyekt mənim xahişimlə Ankara Altındağ qəsəbəsinin meri, dostum cənab Veysəl
Tiryaki tərəfindən həyata keçirilmişdir.
-
Siz Azərbaycanda daşəxsi işlərinizlə yadda qalıbsınız...
-
Nuru Paşa abidəsi, Atatürk parkı, Şamaxıdakı şəhidliyin bərpa edilməsi... Bu
misalların sayı çoxdur.
-
Qəribədir, diplomatik korpusların nümayəndələri adətən sadə xalqla aralarına
bir divar çəkirlər. Mən bilmirəm, bu, onların vəzifələrindənmi irəli
gəlir, ya yox, ammabütün diplomatlar,siyasətçilər,eləcə
dədövlətadamları vətəndaş üçün
çalışır,vətəndaşınisəəli ona çatmır.Sizə görə bunun
birsəbəbi varmı?
-
Bunun doğru olmadığına inanıram.Vəzifəsinin böyüklüyündən və ya
kiçikliyindən asılı olmayaraq,məmurun işi vətəndaşa xidmət etməkdir. Bu,
onun öncəliyi və öhdəliyidir.Vətəndaş da dövləti təşkil edir.Əgər
belə bir hal varsakökündənyanlışdır. Fəaliyyətim dövründə Bakıda,
eləcə dəhazırdaMoldovada vətəndaşla iç-içəolmaq, daha yaxın
olmaq üçünxüsusi günlər təşkil edirəm,"dönər”günü, "kuru fasülyə”
günü və s."Kuru fasülyə” milli bir yeməkdir, hazırlanması sadədir. Amma
əsil məsələ dostluqdur.Belə günlər sayəsində oradayaşayan
vətəndaşlarımız qaynayıb-qarışır, biri-birini tanıyır.Bunun adı xalq
diplomatiyasıdır.Mən2000-2005-ci illərdəHələbdə baş
konsulolanda belə birtəlimat
vermişdim,vətəndaşlarıhəmişəyaxşı qarşılayın,gələndə
bir çay ismarlayın,pulunu daməndən alın. Bunun nəticəsidir
ki,Bakıdagördüyümsayğını günü bu gün də Hələbdəngörürəm.
Mənim eşqim, sevdambir günlük deyil. İnsan sevgim çox fərqlidir.Vətəndaşını
xor görən bir məmurun bəhanəsi olmamalıdır. Kim istəyirsə mənimlə əlaqə
saxlaya, görüşə, danışa,həttadərdləşə bilər.Azərbaycandan və
ya Türkiyədənmənəişi düşənlərin sayı o qədər
çoxdurki.Əlimdən gələn qədər hamıya kömək edirəm. Bu mənəm, Hulusi
Kılıç. Mən özümə məsulam, verdiyim sözlərin köləsiyəm.
-
Hulusi bəy, yaş kamala ərdimi?
-
(gülür)Kamil bir yaşdayam amma özümü yaşlı hesab etmirəm.Bu yaxında
Moldovadaqızımla birlikdəmarafona qoşuldum.
-
Yeri gəlmişkən, çox gözəl bir qızınız var...
-
Qəlbi də gözəldir. O marafonda ikinci oldum, amma bir az məşq etsəydim, birinci
də ola bilərdim.
-
Bu enerjini haradan alırsınız?
-
Həyata baxışımdan. Pozitiv düşünməyimdən. Özümə verdiyim dəyərdən, dostların
dəstəyindən. Mənə yazılan hər gözəl söz enerjidir, gücdür, dəyərdir.
-
Necə çatdırırsınız?
-
Hərdən çətinlik çəkirəm. İnanın, salam-sağ ol yazanlar var, onlardan inciyirəm.
Mənim buna vaxtım yoxdur. Belə halda iş vaxtını uzadırıq. Başqası səkkiz saat
işləyir, mən on səkkiz saat.
-
Sizidünyaya gətirən xanımıdüşünürəm...
-
Nur üzlü bir anam vardı. Məktəb görməmiş, məsum, kənddə yaşayan bir mələk.
Bilirsinizmi, tarlada çalışaraq on uşağı dünyaya gətirib böyütmək
qəhrəmanlıqdır. İndiki həyata baxanda xanımların yüküanama görəçox
azdır. Bəlkə də başqaları keçmişindən utanardı, mənisə
heçvaxtgəldiyim yeri inkar eləməmişəm,
əksinəbununlafəxr eləmişəm.
-
Heç tarlada işləyibsinizmi?
-Əlbəttə. Əkin biçdim, kotan sürdüm, bağçada
işlədim. Hətta fəhləlik elədim. Görmədiyim iş qalmadı. O günləri heç vaxt
unutmaram. Keçmişi unutmaq olmaz. Vəzifələrhamısı keçicidir. Bakıya artıq
neçənci gəlişimdir bilmirəm amma hər dəfə gələndə sevgi görürəm.
İnsanlarmənim üçünçox dəyərlidir. Bir addım gələnə qarşı iki addım
gedirəm. Baxın, indi burda səfir deyiləm, burda Türkiyənin çox sevdiyim, dəyərli
bir səfiri var. Amma səfir olduğum vaxtlardakından daha artıq sevgi ilə
qarşılaşıram.
-
Moldovadakı səfirlik dönəmibitdikdən sonrakı planlarınız haqqında necə,
düşünməyə vaxtınız oldumu?
-
Gələcək göstərər.Enerjimi
dövlətimə,millətimə,insanlarasərfetmək istəyirəm.
-
Xatirələriniz maraqlıdır...
-
O qədər çoxdur ki, heç bilmirəm hansından danışım.Birinidanışsam,
digərlərinə xəyanət edərəm.
-
Deyirsiniz ki, Azərbaycana tez-tez gəlirsiniz.Gəlişləriniz arasında
fərqlər olurmu?
-
Əlbəttə.Azərbaycan sürətlə inkişaf edir. Yeni yollar,dünya
standartlarındayeni aeroport, yeni tikililər insanın ürəyini açır.
-
Türkün Türkdən başqa dostu varmı?
-
Mənə görə yoxdur. Biz bizə yetərik, başqa dostanə ehtiyac?Beş yüz
milyon türk var dünyada.
-
Burdan üzünüzü Türkiyəyə tutub,Azərbaycanhaqqında nə demək istəyərdiniz?
-
Azərbaycan bizim dost və qardaş ölkəmizdir, əlaqələr daha da sıxlaşmalıdır.
Türkiyədə Azərbaycanı görməyən varsa, buyurub gəlsin. Qardaşlığımızı görsünlər,
burdakı insanların özlərindən bir parça olduğunu görsünlər, bu coğrafiyada
yaşayan insanların türk olduğunu görsünlər. Onlar kimi danışdıqlarını, heç bir
fərq olmadığını, zarafatlarımızın,lətifələrimizineyni olduğunu
görsünlər.
-
Səmimi söhbət üçün təşəkkür edirəm.
Oxucularımıza sözünüz, tövsiyəniznədir?
-
Türk dünyasının gələcəyi çox parlaqdır. Hər kəs türk dünyasına inanmalı, özünü,
əslini, bilməlidir. Türk olmaq mənə görə bir qürur vəsiləsidir.
Tariximizböyük bir qaynaqdır,yaxşı öyrənsinlər. Oxuculara salam vəsayğılarımı
göndərirəm.
Nigar İsfəndiyarqızı