AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Moldova XİN: Münaqişənin Azərbaycanın ərazi bütövlüyünə hörmət əsasında həllinə tərəfdarıq

Moldova XİN: Münaqişənin Azərbaycanın ərazi bütövlüyünə hörmət əsasında həllinə tərəfdarıq

Təfsilat
14 İyul 2020, 17:17 299
"Son günlər Azərbaycan-Ermənistan sərhədində itkilərlə müşayiət olunan silahlı toqquşmaları narahatlıqla izləyirik”.
APA-nın xəbərinə görə, bu, Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.
"Moldova XİN həlak olanların ailələrinə başsağlığı verir və münaqişə tərəflərini güc tətbiq etməməyə, vəziyyətin gərginləşməməsi üçün səyləri davam etdirməyə və beynəlxalq hüququn qayda və prinsiplərinə əsaslanan davamlı bir siyasi həll yolu tapmağa çağırır.
Moldova Respublikası münaqişənin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində sülh yolu ilə həllinə tərəfdardır”, - deyə açıqlamada qeyd olunub.