• cümə, 29 Mart, 02:01
  • Baku Bakı 7°C

Moldova prezidenti İqor Dodonun rəsmi qarşılanma mərasimi olub - Fotolar

22.06.17 11:05 1160
Moldova prezidenti İqor Dodonun rəsmi qarşılanma mərasimi olub - Fotolar
Azərbaycanda səfərdə olan Moldova prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.
APA-nın məlumatına görə, İqor Dodonu Azərbaycan prezidentiİlham Əliyevqarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Moldova Prezidentinə raport verib.
Moldova Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Prezidentİlham Əliyevvə prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Moldova Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləriİlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Moldova prezidentləri rəsmi foto çəkdiriblər.








banner

Oxşar Xəbərlər