• şənbə, 20 Aprel, 03:32
  • Baku Bakı 15°C

Moldova prezidenti: "Azərbaycanla çox yaxşı münasibətlərimiz var"

06.06.19 17:37 494
Moldova prezidenti: "Azərbaycanla çox yaxşı münasibətlərimiz var"
"Azərbaycanla çox yaxşı münasibətlərimiz var, prezidentlər səviyyəsində çox yaxşı əlaqələrimiz var. Həm MDB çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlərimiz var".
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Moldova prezidenti İqor Dodon deyib.
"Ümid edirəm ki, bu ilİlham ƏliyevMoldovaya gələ biləcək. Parlamentlərarası Komissiyanın işini yenidən bərpa etmək barədə razılığa gəlmişik. Bu ilin martında 7-ci Qlobal Bakı Forumunda iştirak etdim və Azərbaycan Prezidenti ilə ilin ikinci yarısında onun da Moldovaya gəlişinin mümkünlüyü barədə razılığa gəldik.Heydər ƏliyevFondunun dəstəyi ilə Qaqauz YeriMuxtar Ərazi QurumundaMədəniyyət-Təhsil Mərkəzi tikirik və ən qısa zamanda onun açılışını etmək istəyirik. Odur ki, Prezident Əliyevin gəlişini gözləyirik", - deyə İ.Dodon vurğulayıb.
banner

Oxşar Xəbərlər