AZE | RUS | ENG |

MOİK güləşçiləri Azərbaycan çempionatında 10 medal qazanıblar

MOİK güləşçiləri Azərbaycan çempionatında 10 medal qazanıblar
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamamlanmış, 1998-ci il və yuxarı yaşlı idmançılar iştirak ediblər. Şəxsi xarakterli yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionatında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları da mübarizə aparıblar. Yarışlara 18 idmançı ilə qatılan "hərbçilər”dən 10-u medal qazanıb. Olduqca yüksək nəticə əldə edən MOİK idmançıları həm sərbəst, həm də yunan-Roma güləşində medallar əldə ediblər.

Çempionatın birinci günündə sərbəst güləş yarışlarında Ağahüseyn Mustafayev (65 kq) və Əşrəf Əliyev (74 kq) bürünc medal əldə ediblər. Hər iki atlet dörddəbir finalda qalib gəlib, yarımfinalda isə məğlub olduqdan sonra bürünc medal uğrunda görüşdə rəqibini üstələyib.

Yunan-Roma güləşində isə MOİK idmançıları 8 medal qazanıblar. Bunların 1-i qızıl, 2-si gümüş, 5-i isə bürünc əyarlı olub. Səksən kiloqram çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov qızıl medal əldə edib. Ümumiyyətlə, bu çəki dərəcəsində bütün medalları "hərbçilər” qazanıb: Nicat Abdullayev 2-ci, Eltun Vəzirzadə isə 3-cü olub. Digər medalları Kərim Cəfərov (59 kq, gümüş), Murad Məmmədov (59 kq, bürünc), Şirxan Quliyev (71 kq, bürünc), Soltan İsmayılov (85 kq, bürünc), Orxan Ələkbərov (98 kq, bürünc) qazanıblar.

Beləliklə, MOİK idmançıları ölkə çempionatında 1 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar.

İlk üç yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunublar. Mükafatçı güləşçilər milli yığma komandanın heyətinə cəlb olunacaq və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056