• cümə, 29 Mart, 12:13
  • Baku Bakı 14°C

Mobil öyrənmə həftəsi - süni intellekt və inklüzivlik

18.02.20 10:45 1443
Mobil öyrənmə həftəsi - süni intellekt və inklüzivlik
Martın 2-dən 6-dək Parisdə, UNESCO-nun mənzil-qərargahında mobil öyrənmə həftəsi keçiriləcək.
AZƏRTACUNESCO-nun saytına istinadla xəbər verir ki, builki həftə "Süni intellekt və inklüzivlik” mövzusuna həsr olunacaq. Bu mövzu ictimaiyyətin diqqətini süni intellektdən istifadə edilməsini təhsildə inklüzivliyə və ədalətliliyə (Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü maddəsi), hər kəs üçün rəqəmsal imkanlar yaradılmasına yönəltməyi nəzərdə tutur.
Mobil öyrənmə həftəsi UNESCO-nun informasiya və kommunikasiya texnologiyaları sahəsində əsas tədbiri olaraq bu təşkilat və onun tərəfdaşları tərəfindən səkkiz ildir qeyd edilir.
Builki həftə ərzində süni intellekt və rəqəmsal innovasiyaların əlçatan olmasında inklüzivliyi təmin etmək üçün beynəlxalq əməkdaşlığı möhkəmləndirmək, keyfiyyətli təhsil imkanları üçün süni intellektdən necə istifadə etmək, müxtəlif təhsil şəraitlərində nəticələrin daha da yaxşılaşdırılması üçün süni intellekt innovasiyalarının stimullaşdırılması, ömürboyu təhsildə süni intellektdən istifadə zamanı ayrı-seçkiliyə yol verməmək və bərabərliyin təmin edilməsi məsələləri haqqında müzakirələr aparılacaq.
banner

Oxşar Xəbərlər