• cümə, 29 Mart, 00:20
  • Baku Bakı 7°C

Mobil rabitə operatorları 148 milyon manatdan çox pul qazanıb

24.03.20 15:51 1402
Mobil rabitə operatorları 148 milyon manatdan çox pul qazanıb
2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 371,7 milyon manatlıq xidmət göstərib.
Trend-in məlumatına görə, göstərilən xidmətin 71,6 faizi əhali tərəfindən istehlak olunub.
2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 21,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 78,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 39,8 faizi və ya 148,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
banner

Oxşar Xəbərlər