• cümə axşamı, 25 aprel, 09:12
  • Baku Bakı 14°C

MN Tərtədə torpaq yolun düşmən tərəfindən atəşə məruz qalması barədə məlumatlara aydınlıq gətirib

17.06.20 19:44 799
MN Tərtədə torpaq yolun düşmən tərəfindən atəşə məruz qalması barədə məlumatlara aydınlıq gətirib
Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.
Müdafiə NazirliyindənAPA-ya bildirilib ki,yayılan bu məlumat həqiqəti əks etdirmir.
Məlumata görə, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib: "Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub”.
Müdafiə Nazirliyi bildirir ki, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
banner

Oxşar Xəbərlər