• cümə, 29 Mart, 03:54
  • Baku Bakı 7°C

MN tankların hərəkətini əks etdirən görüntülərə münasibət bildirib

21.04.15 12:43 792
MN tankların hərəkətini əks etdirən görüntülərə münasibət bildirib
Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı video görüntülər yayılıb.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirlik rəsmi olaraq bildirir ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir.
Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən, hərbi hissə və birləşmələr planlı şəkildə “Həyacan” siqnalı ilə qaldırılaraq, onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır.
banner

Oxşar Xəbərlər