• çərşənbə, 24 Aprel, 12:08
  • Baku Bakı 27°C

MN: Sərhəddə növbəti təxribat törədən düşmən öz avtomobilini yandıraraq geri çəkilib - Video

12.02.18 12:20 648
MN: Sərhəddə növbəti təxribat törədən düşmən öz avtomobilini yandıraraq geri çəkilib - Video
Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib.
MN-dənAPA-ya verilən məlumata görə, fevralın 11-də səhər saatlarındahavaşəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus "UAZ” markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.
Tərəfimizdən görülən qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb.
Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan "UAZ” avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib.
banner

Oxşar Xəbərlər