• şənbə, 20 Aprel, 00:28
  • Baku Bakı 15°C

MN: MiQ-29 təyyarəsi Xəzər dənizinə düşüb, pilotun axtarışı aparılır

25.07.19 10:18 23708
MN: MiQ-29 təyyarəsi Xəzər dənizinə düşüb, pilotun axtarışı aparılır
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Bu barədəAPA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.
banner

Oxşar Xəbərlər