• çərşənbə axşamı, 23 aprel, 16:37
  • Baku Bakı 24°C

MN: Ermənistanın “OSA” zenit-raket kompleksi məhv edilib - Video

15.05.17 20:44 848
MN: Ermənistanın “OSA” zenit-raket kompleksi məhv edilib - Video
Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, mayın 15-də cəbhəninFüzuli-Xocavəndistiqamətində Ermənistanhavahücumundan müdafiə qoşunlarına məxsus "OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraqhavaməkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Qeyd edək ki, ekipajı 5 nəfərdən ibarət olan "OSA” zenit-raket kompleksihavahədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.



banner

Oxşar Xəbərlər