MN: Ermənistanın belə informasiya avantüralarına reaksiya verməyin
Bu gün bəzi
yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus
"qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri
tirajlayıb.
Trend-in
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Azərbaycanın
Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava
məkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır, hərəkət edən
bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar
dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür.
İyunun
16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video
görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir.
Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb
edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd
CH-701 yüngül gəzinti təyyarələri və çoxməqsədli Mi-8 helikopteri müşahidə
olunur.
Bu kimi
təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla,
cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya
vasitələrinin Ermənistanın belə informasiya avantüralarına reaksiya verməmələrini
xahiş edirik.