AZE | RUS | ENG |


MN: Ermənistan yaşayış məntəqələrimizi atəşə tutduğunu təsdiqlədi

MN: Ermənistan yaşayış məntəqələrimizi atəşə tutduğunu təsdiqlədi
Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, düşmən bölmələrinin cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrimiz və mövqelərimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutması barədə Müdafiə Nazirliyi tərəfindən bu gün səhər saatlarında rəsmi məlumat verilib.
 
"Videonu yaymaqla Ermənistan təkcə mövqelərimizi deyil, eyni zamanda yaşayış məntəqələrimizi də müntəzəm olaraq atəşə tutmasını nümayiş etdirərək dinc azərbaycanlı əhaliyə qarşı öz çirkin əməllərini davam etdirdiyini bir daha təsdiq etdi.
 
Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfindən atəş nəticəsində dinc əhali, Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur və döyüş texnikasına ziyan dəyməyib", - deyə MN-dən bildirilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7069
GBP 1 İngilis funt sterlinqi 2.1810
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6340
SEK 1 İsveç kronu 0.2099
EUR 1 Avro 2.0003
CHF 1 İsveçrə frankı 1.7563
USD 1 ABŞ dolları 1.7009