• cümə axşamı, 25 aprel, 18:43
  • Baku Bakı 21°C

MN: Ermənilər qumbaraatan və iriçaplı pulemyotlarla atəşkəsi 29 dəfə pozub

07.11.16 11:19 632
MN: Ermənilər qumbaraatan və iriçaplı pulemyotlarla atəşkəsi 29 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt,Ağdamrayonunun Baş Qərvənd, Qaraqaşlı,Füzulirayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Goranboy,XocavəndvəCəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər