• cümə axşamı, 25 aprel, 11:14
  • Baku Bakı 14°C

MN: Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

02.11.16 11:01 779
MN: Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir
Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub: "Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”.
banner

Oxşar Xəbərlər