• cümə, 19 Aprel, 08:53
  • Baku Bakı 13°C

MN: Erməni silahlı bölmələrinin təxribatının qarşısı alınıb, bir düşmən əsgəri məhv edilib, ikisi ağır yaralanıb

08.02.18 12:10 703
MN: Erməni silahlı bölmələrinin təxribatının qarşısı alınıb, bir düşmən əsgəri məhv edilib, ikisi ağır yaralanıb
Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.
MN-dən APA-ya verilən məlumatda bildirilir ki, cəbhə xəttininFüzuliistiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.
Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb.
Düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.
banner

Oxşar Xəbərlər