• çərşənbə axşamı, 23 aprel, 22:10
  • Baku Bakı 20°C

MN: Erməni silahlı bölmələri atəşkəsi iriçaplı pulemyotlarla 21 dəfə pozub

06.10.16 10:38 720
MN: Erməni silahlı bölmələri atəşkəsi iriçaplı pulemyotlarla 21 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olanAğdamrayonunun Yusifcanlı, Mərzili,Xocavəndrayonunun Kuropatkino,Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Goranboy,FüzulivəCəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər