• cümə axşamı, 25 aprel, 18:45
  • Baku Bakı 21°C

MN: Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayının gələn ilin ilk rübündə artırılması planlaşdırılır

04.12.17 12:40 1661
MN: Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayının gələn ilin ilk rübündə artırılması planlaşdırılır
Gələn ildən Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlılarının sayının artırılması planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya bildirilib ki, Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır: "Verilən bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə dəNATOkomandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir. Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübündə həyata keçirilməsi planlaşdırılır”.
Qeyd edək ki, Ali Baş Komandanİlham ƏliyevNATOtoplantısındakı çıxışında Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağını bildirib.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.
banner

Oxşar Xəbərlər