• cümə, 19 Aprel, 07:06
  • Baku Bakı 13°C

MN: Azərbaycanın döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb

01.10.20 16:32 473
MN: Azərbaycanın döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb
Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır.

Kaspi.az-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
O deyib ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb:
"HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Görünən odur ki, Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar".

banner

Oxşar Xəbərlər