• cümə axşamı, 28 mart, 12:29
  • Baku Bakı 16°C

MM-in komitə sədri İH başçılarını, məktəb direktorlarını tənqid etdi

07.11.13 13:41 1161
MM-in komitə sədri İH başçılarını, məktəb direktorlarını tənqid etdi
Bakı. Mübariz Aslanov - APA. “Bu gün əksər məktəblərdə direktorlar uşaqların istirahətinin əleyhinədir, buna imkan vermirlər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin (MM) Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli “Uşaqların istirahətinin təşkili haqqında” qanunun müzakirəsində deyib. H. Rəcəbli müzakirə zamanı iclasda iştirak edən Təhsil Nazirliyinin nümayəndəsinə irad tutaraq qeyd edib ki, direktorlar tərəfindən uşaqlara bu məhdudiyyətlər qoyulduğu üçün sonda onların arasından narkomanlar, müxtəlif cinayət əməllərinin sahibləri çıxır: “Bununla bağlı valideynlər bizə müraciət edir. Məktəb direktorları isə buna imkan vermir”.
H. Rəcəbli direktorları bu hala son qoymağa və uşaqlara qarşı diqqətli olmağa çağırıb. Komitə sədri icra hakimiyyəti başçılarını da tənqid edib: “İmam ehsanları, orucluq iftarları olanda icra başçıları yuxarı başda, hər yerdə görünür. Amma uşaqlar üçün nəsə təşkil etmək lazım olanda qarınları ağrıyır, yoxa çıxırlar. Uşaqlara qarşı belə laqeydlik olmaz”.
banner

Oxşar Xəbərlər