AZE | RUS | ENG |

MM “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunu qəbul edib

MM “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunu qəbul edib
Milli Məclisin bu gün keçirilən iclasında "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
 
APA-nın xəbərinə görə, layihə barədə deputat Kamran Nəbizadə məlumat verib.

O qeyd edib ki, əvvəlki oxunuşla müqayisədə deputatların təklif etdiyi bir neçə düzəliş nəzərə alınıb. 5 fəsil, 17 maddədən ibarət yeni qanun layihəsində Azərbaycanın 1999-cu ildə qoşulduğu Espo Konvensiyasının, yəni transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiyanın müddəaları nəzərə alınıb.  
 
Qanun layihəsi təsərrüfat və başqa fəaliyyətin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Qanuna əlavə olunmuş sənəddə 33 fəaliyyət növünün siyahısı verilib. ƏMTQ-nin əsas məqsədi həmin siyahıda yer almış fəaliyyətlərin həyata keçirilməsi (məsələn, karbohidrogen ehtiyatlarının hasilatı, neft və qaz emalı zavodlarının, metallurgiya zavodlarının tikintisi, su bəndlərinin və su anbarlarının, magistral avtomobil yollarının, dəmiryol xətlərinin, hava limanlarının layihələndirilməsi və s.) zamanı ətraf mühitə mümkün mənfi təsirlərin aşkarlanıb aradan qaldırılmasıdır.
 
Layihə səsə qoyularaq qəbul edilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000