• cümə, 26 Aprel, 16:11
  • Baku Bakı 23°C

MM-də “Peşə təhsili haqqında” yeni qanun layihəsi qəbul edilib

24.04.18 13:30 470
MM-də “Peşə təhsili haqqında” yeni qanun layihəsi qəbul edilib
Milli Məclisin bu gün keçirilən iclasında "Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihədə əvvəlki oxunuşda bəzi təkliflər nəzərə alınıb və texniki yeniliklər edilib.
O qeyd edib ki, ikinci oxunuşdan sonra layihə üzərində aparılan təkmilləşdirmə işi sənəddə bəzi məqamları daha da dəqiqləşdirib: "Oxşar məqamlar sistemləşdirilib, ümumilikdə layihə hüquqi cəhətdən daha dəqiq ifadə edilib. Hesab edirəm ki, bu layihə Azərbaycanda peşə təhsilinin inkişafına stimul verə biləcək məqamlara şərait yaradacaq”.
Layihə səsə qoyularaq üçüncü oxunuşda da qəbul edilib.
banner

Oxşar Xəbərlər