• cümə, 26 Aprel, 05:19
  • Baku Bakı 16°C

MM-də bəzi layihələr yenidən müzakirəyə çıxarılır

25.04.18 13:40 390
MM-də bəzi layihələr yenidən müzakirəyə çıxarılır
Milli Məclisin ötən sessiyasında müzakirəsi təxirə düşən "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihələri parlamentin mayın 1-i və 4-ü keçiriləcək iclaslarının gündəliyinə salınıb.
APA-nın məlumatına görə, layihələrində bayraq, gerb və himnlə bağlı qaydalar daha geniş təsvir olunur.
Qeyd edək ki, hər üç qanun layihəsiMilli Məclisin 2017-ci il payız sessiyasının işlər planına salınsa da, müzakirəsi təxirə düşün.
Bu ilin yanvar ayında isə yenidən 2018-ci il üzrə yaz sessiyasında işlər planına daxil edilib.
banner

Oxşar Xəbərlər