• cümə, 26 Aprel, 16:18
  • Baku Bakı 23°C

MKİ-nin direktoru Türkiyəyə yollanıb

23.10.18 11:15 392
MKİ-nin direktoru Türkiyəyə yollanıb
ABŞ-ın Mərkəzi Kəşfiyat İdarəsinin direktoru Cina Haspel Türkiyəyə yollanıb.
Trend-in məlumatına görə, C.Haspelin Türkiyəyə yollanmasının səbəbi səudiyyəli jurnalist Camal Xaşkacinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda ölümünün araşdırlmasında iştirak etməkdir.
Xatırladaq ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi X.Xaşkacinin konsulluqdan çıxdığını bildirsədə bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.
banner

Oxşar Xəbərlər