• cümə, 29 Mart, 17:47
  • Baku Bakı 14°C

Mixay Emiensku - Ruminya ədəbiyyatı

12.01.15 11:14 1599
Mixay Emiensku - Ruminya ədəbiyyatı
YENƏ HƏMİN DALANDA
Yenə həmin dalanda,
Pəncərəyə ay düşüb.
Pərdə arxasında sən,
İstəmirsən görüşüb.
Güllənib almalıqlar,
Budaqlarağırlaşıb.
O keçəngünlərimdə,
Bil, qayıtmaz, korlaşıb.
Qəlbin o deyildaha,
Baxışın da başqadı.
Mənsəeləyollarda,
Dolanırambaşqatıb.
Vaxt vardı kölgəkimi
Qorxub, yaxınlaşardın.
Sirli-sehirli, incə,
Kolluqda baxışardıq.
Səni bağrıma basıb,
Unudardım dünyanı.
Sözümüz, söhbətimiz,
Oyadardı hər yanı.
Suallar həyacanlı,
Cavabım o öpüşlər.
Sözlər yoxa çıxırdı,
Nə yamanmış görüşlər?!
Görə bilmirdim daha,
Sevənlər gözü kormuş.
İnanımmı bu qadına,
Yoxsa yalan məni yormuş?!
Pərdələri oynatdı
Külək, o illər kimi.
Pəncərədən bir daha
Gülüm, baxan deyilsən,
O keçən günlər kimi.
YAT
Sən qorxdun, yuxundanmı utandın?
Pəncərəni yağış döysün qoy elə.
Qəmli külək ahında, amanında,
Sən rahat ol, mənəm, mənəm səninlə.
Niyə qalxdın, heyrətinlə elə bil,
Nə gözləyib, yerdə nəyi gəzirsən?
Nəsə cəhd edirsən yada salmağa,
Zülmət gecəyəmi göz zilləyirsən?
Uzan, vallah səni dinc qoyacağam,
Sən uyu mən isə hələ oyağam.
Nə qədər xoş olur təklikdə qalmaq,
Qoruyam yuxunu, nəsə oxuyam.
Mürgülü üzündən həzz alacam mən,
Səssizcə kitabı qoyacam yerə.
Ruhuma qovuşub səssiz-səmirsiz,
Qəmimi atacam elədən-belə.
Necə də bağrıma basmaq istərəm,
Həm də dodağının həsrətindəyəm.
Yuxuda ağuşun ehtiraslıdı,
Sən dincəl, əzizim, mənəm təntiyən.
ULDUZLARDAN PAY İSTƏDİM
O əlçatmaz ulduzlardan
Pay istədim qismətimə.
Qıvırcıqlı, qızılı saç,
Yaqut dodaq, öz təbiylə.
Əllərin ilan tək çevik,
Göy gözlərin işım-işım,
Arzulanan o görüşdə
Qolun boynuma dolaşsın.
Sən özün gəldin, çağrışsız,
İstəyim sən, sən də gəldin.
Xoşbəxtliyim sovqatındı,
Sən olmasan mən neylərdim.
Sən özün gəldin, dinməzcə,
Başını qoydun çiynimə.
Heç özüm də baş açmıram.
Bəxtimə bax!
Heyran qaldım hədiyyəmə.
AH NECƏ QƏMGİN KÖNÜL
Ah necə qəmgin könül,
Ömrümə nəsib oldu.
Haqsızlıq əzablarla,
Günüm əzəldən doldu.
Ruhu qapalı könlüm,
Min yalanla üzləşib.
Eləcə gözü yolda,
Ümidiylə sözləşib.
Əzablamı sürünmək,
Lənətliyəm, bəxti kəm.
Gecənin dalğaları
Aç qoynunu, quc məni,
Mən də deyim xoşbəxtəm.
İLHAM PƏRİM
Gecə yarı, ürəyimdə yorğunluq,
Mənim ilham pərim, müqəddəsliyim.
Əynində libası nurlu, kölgəli,
Qanadı uzanmış incə mələyin.
Sənin libasını görüncə o da,
Kədəri arzuyla qatılmış gördü.
Özünü uduzmuş saydı eləcə.
Ürəksiz, qorxaraq yel tək götrüldü.
Bəlkə sən iblissən,yanılmıram mən,
Zəhərə bələnib dilbər baxışın.
Cəhənnəm odunnan gizlənir könül,
Nə vaxtsa.., nə vaxtsa.., nə vaxtsa inan
Məni qoruyardı sənin baxışın.
Bircə an gözünü qalxız, mənə bax,
O bəyaz üzləri tutuşdurum mən.
Bəlkə də, bəlkə də, bəlkə də elə,
O sənsən.., o sənsən,sənsə elə mən.
ELƏ TƏRAVƏTLİSƏN
Elə təravətlisən,
Nəyə bənzədim səni.
Albalı çiçəyisən.
Mələksən, zühr olmusan.
Həyatımın yolunda
Qəlbimin göyçəyisən.
Gəzinirsən xalça üstə,
İpəkdəndi arqacı da.
Ayağından başa qədər,
Sən üzürsən
Yuxuların qucağında.
Ağ mərmərdən mələyi
Ötüb, bəzək-düzəyin.
Qəlbimi dəlib keçir,
Göz yaşın,səadətli
Baxışının süzməyi.
Yuxudakı məhəbbətim,
Oynaq, şuxdu, ləpəlidi,
Arzularımın pərisi
Gülümsəmə, sən güləndə
Elə bilki, gözəlliyin
Bünövrədən kölgəlidir.
Gecənin şövqü sənsən,
Kor olacam qəfildən.
Odlu pıçıltıların,
Həyacanlı ağuşun.
Məni salacaq əldən.
ARZUM
Gəl meşəyə, sakitliyə,
Çınqıl çayla pıçıldaşır.
Otdan xəli döşənibdi,
Budaqlar da yerə enib,
Göy otlarla qarşılaşır.
Odlu ağuşum gözlər,
Səsimə səs ver, gəl.
İlk görüşdə üzündən,
Rübəndi salacam, gəl.
Həyacanla eləcə
Oturmuşuq, sən və mən.
Hörüyünə düşəcək.
Xoş ətirli yasəmən.
Gül ətrindən məst olaraq,
Səni sıxacam köksümə.
Ac-yalavac dodağımla,
Qonacağam gül üstünə.
Xoşbəxt yuxu görəcəyik,
Sevgimiz dillənəgək.
Quşlar səs-səsə verib.
Küləyin, çayın səsi,
Birlikdə dillənəcək.
Yorğun, yuxulu meşə,
Nəğmələri eşitcək.
Bizim hər ikimizi,
Güllərə qərq edəcək.
Baxıb pak sevgimizə,
Eləcə sevinəcək.
Rus dilindən çevirəni Fəridə Hacıyeva
banner

Oxşar Xəbərlər