• cümə axşamı, 18 aprel, 21:21
  • Baku Bakı 21°C

Mixail Qusman: Mehriban Əliyeva özünü görkəmli dövlət xadimi kimi göstərəcək

21.02.17 20:03 752
Mixail Qusman: Mehriban Əliyeva özünü görkəmli dövlət xadimi kimi göstərəcək
Mehriban Əliyeva Azərbaycan dövləti və xalqı üçün çox işlər görüb və Birinci vitse-prezident vəzifəsində özünü görkəmli dövlət xadimi kimi göstərəcək.
Bunu Trend-ə TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.
O, Mehriban Əliyevanın ölkədə humanitar və ictimai sahələrdə iri layihələrin təşkil olunmasında vacib rolunu qeyd edib:
"Eurovision", Avropa Oyunları, Formula 1 – bu siyahını uzatmaq olar. Heydər Əliyev Fondunun ölkənin sosial həyatının inkişafında, ehtiyacı olan insanlara yardım göstərilməsində də rolu böyükdür. Əminəm ki, Mehriban xanım sadəcə böyük ictimai xadim deyil, o, həm də Prezidentə ölkənin inkişafı üzrə strateji planların icra olunmasında yardım etməklə bu vəzifədə özünü görkəmli dövlət xadimi kimi göstərəcək”.
Onun sözlərinə görə, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə bağlı sərəncam verməklə Azərbaycan Prezidenti İlham Əliyev onun uzun illərdir ki, ölkənin ictimai və siyasi həyatında tutduğu yeri bir daha vurğulayıb.
M.Qusman qeyd edib ki, Mehriban Əliyevanın əvvəlki təcrübəsinə əsaslanaraq demək olar ki, o, yeni vəzifədə ilk növbədə ölkənin humanitar, mədəni və sosial inkişaf sahələri ilə məşğul olacaq.
banner

Oxşar Xəbərlər