• şənbə, 27 Aprel, 02:13
  • Baku Bakı 14°C

Mixail Qorbaçovun ölüm xəbəri yayıldı

18.12.13 11:32 1882
Mixail Qorbaçovun ölüm xəbəri yayıldı
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Twitter-dəki mikrobloqunda yazıb: "Pis xəbərlər! SSRİ-nin prezidenti Mixail Qorbaçov 5 dəqiqə əvvəl vəfat etdi".
Milli.Az European-a istinadən bildirir ki, Mixail Sergeyeviç Qorbaçov son vaxtlar Almaniyadakı klinikalardan birində müalicə alır.
"Qorbaçov-Fond"un prezidenti M.Qorbaçovun köməkçisi Viktor Mironenko bu xəbəri təkzib edib: "Dostlar, Mixail Sergeyeviç sizə çatdırmağımı istədi ki, onun ölümü barədə şayiələr şişirtmədir. Onun səhhəti yaşına uyğun, hətta daha yaxşıdır. O, Berlindən yayılmış yalan məlumata görə narahat olanların hamısına minnətdarlıq edir".
İlin əvvəlindən bəri Mixail Qorbaçovun ölümü ilə bağlı ən azı 4 dəfə xəbər yayılıb.
82 yaşlı Mixail Qorbaçov Nobel Sülh Mükafatının laueratıdır. O, 1990-cı ilin yanvarın 20-də Bakıya qoşun yeridilməsinə əmr vermişdi.
banner

Oxşar Xəbərlər