• cümə axşamı, 18 aprel, 18:07
  • Baku Bakı 21°C

“Miulan” “Barsa” ilə nəyi müzakirə edib?

10.04.17 13:50 892
“Miulan” “Barsa” ilə nəyi müzakirə edib?
"Barselona” "Milan”ın hücumçusu Xerard Deulofeunu transfer etməkdə israrlıdır.
Kaspi.az xəbər verir ki, "Barsa” rəhbərliyi bununla bağlı "Milan”la müzakirələr aparıb. Bu barədə məlumatı "Milan”ın vitse-prezidenti Adriano Qalliani verib. Ancaq o, danışıqların məğzi barədə məlumat verməkdən imtina edib:
"Bəli, mən "Barselona” ilə Deulofeu barədə müzakirələr aparmışam. Ancaq kartları açıqlamayacağam. Hazırda klubun transfer siyasəti barədə heç nə deyə bilmərəm”.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, "Barselona” Deulofeunu heyətə qaytarmaq istəyir. Hazırda hücumçunun transfer hüququ "Everton”a məxsusdur. O, "Milan”da icarə əsasında çıxış edir. Kataloniya klubunun futbolçunu 12 milyon avroya almaq hüququ var.
banner

Oxşar Xəbərlər