• cümə, 29 Mart, 02:35
  • Baku Bakı 7°C

Missiya.Az-ın əməkdaşları Binəqədi sakinlərinə yardım payladı - Bələdiyyənin təşəbbüsü ilə - FOTOLAR

26.03.20 20:26 1477
Missiya.Az-ın əməkdaşları Binəqədi sakinlərinə yardım payladı - Bələdiyyənin təşəbbüsü ilə - FOTOLAR
Missiya.Az saytının təşkil etdiyi yardım aksiyası Binəqədi Qəsəbə Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində davam etdirilib.
Missiya.Azxəbər verir ki, kampaniyanın üçüncü günündə qəsəbə Bələdiyyəsində əlil və aztəminatlı şəxslərə müxtəlif dezinfeksiya məhlulları və gigiyenik vasitələr paylanılıb.
Saytın əməkdaşları və qəsəbə Bələdiyyəsinin rəhbərliyi sakinlərlə maarifləndirici söhbətlər aparıblar. Sakinlərə virusdan qorunmaq üçün dövlətin tətbiq etdiyi qaydalara əməl etmələri tövsiyyə olunub.
Yardım aksiyası koronavirusla mübarizə çərçivəsində təşkil olunan#evdəqalkampaniyasına dəstək məqsədilə həyata keçirilir.
Yardım aksiyasının üçüncü gününü əks etdirən fotoları təqdim edirik:





banner

Oxşar Xəbərlər