“Miss Globe İnternational”a qatılacaq gözəlimiz bəlli oldu - Foto
Beynəlxalq “Miss Globe İnternational” Gözəllik Müsabiqəsində Azərbaycanı təmsil edəcək model məlum olub. Yerli kastinqdə 150-dək gözəlin arasından seçilmiş 12 gözəl Azərbaycan gözəli adı uğrunda mübarizə apardı. Gecənin sonunda, münsiflər heyətinin qərarı ilə Şücai Banu İslam qızı “Miss Globe Azərbaycan“ adına layiq görüldü.
“Kaspi”yə verilən məlumata görə, münsiflər seçim edərkən iştirakçıların gözəlliklərindən əlavə həmçinin onların intellektual və mədəni səviyyələrinə önəm verib. İştirakçılar gecə ərzində milli, geyim, gəlinlik, gecə libası və idman geyimi olmaqla 4 üslubda əlbisə nümayiş etdirib.
Beləliklə, münsiflərin seçdiyi gözəl iyunun 21-də Bakının simvoluna çevrilmiş möhtəşəm Chrystall Hall-da keçiriləcək dünya miqyaslı “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsinin 89-cu finalına vəsiqə qazandı.
Gecənin qalibi isə belə bir nəticənin onun üçün gözlənilən olduğunu bildirdi: “Mən ilk gündən özümə güvənirdim. Düzdür, iştirakçılar hamısı gözəl idi, hamısı mənə rəqib idi, lakin qalib mən oldum. Münsiflər bu qədər iştirakçı arasından məni qalib hesab ediblərsə, demək qalibiyyətə ən çox mən layiqəm”. Qarşıda məni çətin mərhələ gözləyir. Final gününə o qədər də çox vaxt qalmayıb. Çalışıb bu minimum vaxtdan maksimum istifadə edəcəm ki, Azərbaycanı Miss Globe İnternational” müsabiqəsində layiqincə təmsil edim”.
Artıq mayın 26-dan “Miss Globe Azərbaycan” adını qazanmış iştirakçı ilə yarışmanın final gününə qədər ciddi hazırlıq prosesinə start verilir. Dəvət olunmuş yerli və beynəlxalq mütəxəssislər final gününə qədər təmsilçimizlə geyimindən tutmuş səhnə davranışınadək bütün detallar üzərində ciddi işləyəcəklər.
Qeyd edək ki, “Miss Globe Azərbaycan” gözəlinin seçim günü 2-ci yeri Cəmilə Abdul Lətif qızı, 3-cü yeri isə Nuridə Abdullayeva İlham qızı tutdu.
Bundan əlavə gecədə digər nominasiyalar üzrə qaliblər də müəyyənləşdi. Belə ki, Günay Balaxanova “Miss Sharm”, Oksana Rzayeva “X-Lady” və “Miss Cosmopolitan Azerbaijan”, üçüncü yerin sahibi Nuridə Abdullayeva “Miss Elegance of Azərbaycan”, “Miss Xəzər İsland” nominasiyaları üzrə də mükafata layiq görüldü.
“Signs Art Adventure” şirkətinin rəhbəri, eləcə də “MERAC PRODUCTION” tərəfindən “Miss Globe İnternational -2014” layihəsinin rəhbəri təyin olumnuş Nigar Məmmədova münsiflər heyətinin kifayət qədər peşəkar və obyektiv olduğunu bildirib. O Azərbaycanı təmsil edəcək gözəlin seçilməsi üçün reallaşan yerli kastinqin də böyük məsuliyyətlə keçirildiyini verğulayıb. “Azərbaycanı bu yarışmada təmsil edəcək gözəlin seçilməsi üçün elan olunmuş kastinqdə 100-dən artıq qız iştirak edib. Bir-birindən yaraşıqlı bu qızların arasından ilk əvvəl 20 qız seçməyi düşünürdük. Lakin biz Azərbaycanı təmsil edəcək gözəl üçün meyarları bir qədər də yüksəldərək qərara aldıq ki, Azərbaycan gözəlini yaxşıların ən yaxşısı arasından seçək. Beləliklə də 12 yaraşıqlı qız “Miss Globe İnternational” müsabiqəsində ölkəmizi təmsil edəcək Azərbaycan gözəli adı uğrunda mübarizə aparmağa vəsiqə qazandı” - deyə Nigar Məmmədova qeyd edib.
“Miss Globe İnternational” müsabiqəsinin dünyanın 162 ölkəsində rəsmi təmsilçisi var ki, onlardan 25-i Bakıda keçiriləcək yarışı izləmək üçün Azərbaycana gələcək. Dünyanın müxtəlif ölkələrində bu müsabiqəyə böyük maraq olduğundan “Miss Globe İnternational” yarışmasının finalı dünyanın 70 ölkəsinin geniş auditoriyaya malik telekanalları vasitəsilə yayımlanacaq.
Xəyalə RəisFoto"> Foto">