• cümə axşamı, 25 aprel, 17:45
  • Baku Bakı 23°C

“Miss Globe İnternational Azerbaijane” yarışması keçirilməyəcək?

31.07.14 16:22 1276
“Miss Globe İnternational Azerbaijane” yarışması keçirilməyəcək?
“Miss Globe İnternational Azerbaijane” yarışmasının təşkilatçısı olan “SİGNS ART ADVENTURE” şirkətinin bundan sonra sözügedən layihə ilə heç bir bağlılığı olmayacaq. Bu barədə “SİGNS ART ADVENTURE” şirkətinin və “Miss Globe İnternational Azerbaijane” layihəsinin rəhbəri Nigar Məmmədova öz facebook səhifəsində məlumat paylaşıb:
“Mənim "Miss Globe International" layihəsi ilə artıq heç bir əlaqəm yoxdur. Bu barədə mən ona görə yazıram ki, şirkətimin adı ilə bağlı olan müsabiqənin mətbuat konfransının təxirə düşməsi, efirə çıxmamağım və rekalamların verilməməsi haqqında mənə suallar verilir. Bəli, mən loqotiplərimin hər yerdən yığışdırılmasını tələb etdim və bu tədbirin növbəti mərələlərində iştirak etməkdən imtina etdim.”
Layihədən imtina səbəbini hələ ki açıqlamayan “SİGNS ART ADVENTURE” şirkətinin rəhbəri Nigar Məmmədova atdığı addımı belə izah edir: “Mən layihədən imtina səbəbini ona görə açıqlamıram ki, burda Azərbaycanın adı çəkilir. Bu layihəyə "Xəzər adaları” kimi böyük, nüfuzlu şirkət sponsorluq edir. Bu şirkətin başında gözəl insanlar var. Biznes həmrəyliyi baxımından mən imkan verə bilmərəm ki, verdikləri sözün üstündə dura bilməyən, məsuliyyətsiz insanlar ucbatından layihəyə külli miqdarda vəsait xərcləyən, nüfuzlu bir şirkətin işi pozulsun. Bütün bunlara görə mən imtina səbəbləri haqqında təfərrüatları hələ ki açıqlamıram”.
Nigar Məmmədova onu da vurğulayıb ki, bundan sonra heç bir məbləğ müqabilində “Miss Globe İnternational Azerbaijane” layihəsinə geri qayıtmayacaq: “ Bundan sonra mən bu layihədə yoxam. Sadəcə sərf etdiyim mənəvi və fiziki zəhmətimin geri qaytarılmasını tələb edirəm. Gözləyirik ki, qoyulan vaxtda bizə ödəniləcək məbləğ ödənilsin. Əks halda layihədən imtina səbəbləri ictimailəşdiriləcək və bu haqda mediaya açıqlama veriləcək. Layihəyə uğurlar arzu edirəm, çünki burda vətənimiz – Azərbaycanın adı çəkilir”.
banner

Oxşar Xəbərlər