• cümə axşamı, 28 mart, 17:05
  • Baku Bakı 16°C

“Miss Globe Azərbaycan” komandası uşaqların qonağı olub

29.05.14 14:26 2182
“Miss Globe Azərbaycan” komandası uşaqların qonağı olub
“Miss Globe Azərbaycan” komandası Bakıda yerləşən “SOS –uşaq kəndi- Bakı”nın qonağı olub. “Merac” production və“Signs Art Adventure” şirkətinin nümayəndələri , “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsinin 89-cu finalına vəsiqə qazanmış Şücai Banu və digərlərinin uşaq evini ziyarət etməsi uşaqların sevinc və həyəcanına səbəb olub.
“Miss Globe Azərbaycan” komandası uşaq evinin balacaları ilə maraqlı zaman keçiriblər. “Signs Art Adventure” şirkətinin rəhbəri Nigar Məmmədova “Miss Globe Azərbaycan” gözəlini “SOS uşaq kəndi - Bakı” sakinləri ilə tanış edib. “SOS Uşaq kəndi- Bakı” da öz növbəsində qonaqları maraqlı proqramları ilə qarşılayıblar. Onlar qonaqlar üçün hazırladıqları xüsusi dəfiləni nümayiş etdirib. Ardınca təmsilçimiz Şücai Banu dəfilədə iştirak edən qızlara elə yerindəcə master- klass keçib. Balacalarla iki saata yaxın ünsiyyətdə olan təmsilçimiz onlarla ayrı -ayrılıqda tanış olmağa da fürsət tapıb. Daha sonra “SOS Uşaq kəndi - Bakı”nın direktoru Gültəkin Allahverdiyeva təşkilatçılara ziyarətə görə minnətdarlığı bildirərək “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsinin 89-cu finalına vəsiqə qazanmış Şücai Banuya uğurlar arzulayıb. Daha sonra “SOS Uşaq kəndi - Bakı”nın bir ailəsində qonaqlar üçün isti və səmimi süfrə açılıb . Qonaqlar evin şəraiti ilə yaxından tanış olublar. Gözəllik Müsabiqəsinin təşkilatçıları “Merac” production və “Signs Art Adventure” şirkətinin rəhbərləri 28 May – Respublika Günü münasibətilə hər kəsi təbrik edib, tədbirin təşkili üçün “SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası”na təşəkkürünü bildirib.
Xatırladaq ki, iyunun 21-i Bakıda , əsrarəngiz Crystall Hall-da “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsinin 89-cu finalı keçiriləcək. “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsi “MERAC PRODUCTİON”-ın təqdimatında “Signs Art Adventure” şirkətinin təşkilatçılığı ilə həyata keçiririlir. Beynəlxalq Gözəllik müsabiqəsinin Baş Sponsoru isə dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları” layihəsidir. Qeyd edək ki, “Miss Globe İnternational” müsabiqəsinin dünyanın 162 ölkəsində rəsmi təmsilçisi var ki , onlardan 25-i Bakıda keçiriləcək yarışı izləmək üçün Azərbaycana gələcək. Dünyanın müxtəlif ölkələrində bu müsabiqəyə böyük maraq olduğundan “Miss Globe İnternational” yarışmasının finalı dünyanın 70 ölkəsinin geniş auditoriyaya malik telekanalları vasitəsilə yayımlanacaq.
F.Əliyeva
banner

Oxşar Xəbərlər