• cümə, 19 Aprel, 05:16
  • Baku Bakı 18°C

“Miss Globe Azerbaijan”ın seçim turlarına start verildi

13.05.14 14:51 1917
“Miss Globe Azerbaijan”ın seçim turlarına start verildi
İyunun 21-də Bakıda - əsrarəngiz CRYSTAL HALL-da baş tutacaq “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna start verilib.
May ayının 16,17, və 18-i “Kempinski” otelin 6-cı mərtəbəsində yerləşən “Possedion” restoranında sənədlərin qəbulu aparılacaq. Dünyaca məşhur müsabiqənin 89-cu finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna gözəlliyinə və intelektinə əmin olan 18-25 yaş arası subay qızlar qatıla bilər. Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə “Kempinski” otelin 6-cı mərtəbəsində yerləşən “Possedion” restoranındakı xüsusi sənəd qəbulu stendinə yaxınlaşmaq gərəkdir.
25.05.2014 tarixində isə nüfuzlu münsiflərin seçimi ilə “Miss Globe İnternational- Azerbaycan” adına layiq görüləcək iştirakçı məlum olacaq. Qeyd edək ki, “Miss Globe Azerbaijan” gözəllik yarışması MERAC” production və SİGNS ART ADVENTURE” şirkətinin təşkilatçılığı, dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları”nın (Khazar İslands) baş sponsorluğu ilə baş tutacaq.
Ətraflı məlumat üçün: (012 ) 4804481
Xəyalə RƏİS
banner

Oxşar Xəbərlər