AZE | RUS | ENG |


Misirli alim Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi

Misirli alim Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi
Misirli alim, Ayn  Şəms Universitetinin dosenti, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri  Əhməd Sami ElAydi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmişdir. Ona fəxri üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar təqdim etmişdir. Yazıçısı Anar Misir və Azərbaycan arasında mədəni və ədəbi əlaqələrin inkişafı və genişləndirilməsi sahəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbərinin apardığı işləri yüksək qiymətləndirmiş və uğurlar arzulamışdır.
Qeyd edək ki, Bakı Dövlət Universitetində "Çağdaş Azərbaycan romanlarında mövzu, janr və üslub məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Əhməd Sami azərbaycanşünas alim kimi bir çox ciddi tədqiqatlara imza atmışdır. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında xeyli sayda araşdırmaların müəllifi olan tədqiqatçının əsərləri müxtəlif ərəb ölkələrinin nüfuzlu dərgilərində dərc edilmişdir.
Əhməd Sami tərcümə sahəsində də gərgin əmək sərf etmiş, "Müasir Azərbaycan nəsri” antologiyasını ərəb dilinə tərcümə edərək Misirdə nəşr etdirmişdir. Eyni zamanda, Nobel mükafatı lauretı, məşhur Misir yazıçısı Nəcib Məhfuzun "Liderin qətl günü” romanı onun tərcüməsində Azərbaycanda nəşr olunmuşdur. İndiyədək onun tərcüməsində 10-dan artıq kitab nəşr edilmişdir.
O həmçinin Azərbaycan həqiqətlərinin, xüsusilə Dağlıq Qarabağ probleminin ərəb dünyasında tanıdılmasında mühüm xidmətlər göstərmişdir.
O, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş ilk Misir alimidir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007