• şənbə, 20 Aprel, 04:05
  • Baku Bakı 15°C

Misirlə Naxşıvan arasında birgə layihələr reallaşacaq - Fotolar

04.11.16 18:50 1059
Misirlə Naxşıvan arasında birgə layihələr reallaşacaq - Fotolar
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi 2-3 noyabr 2016-cı il tarixlərində Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib. Mərkəzdən "Kaspi”yə daxil olan məlumata görə, Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi Naxçıvan şəhərində Heydər Əliyev Muzeyində olub. Muzeyin direktoru Ramil Orucəliyev qonağa Muzeyin yaranması tarixindən, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin böyük həyat yolu barədə və muzeydə ümummilli liderə məxsus saxlanılan əşyalarla, şəkillərlə tanış edərək onlar haqqında geniş məlumat verdi. Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi muzeylə tanışlıqdan böyük məmnunluğunu bildirərək, muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

2 noyabr tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi qonağı salamlayaraq bu səfərdən məmnunluğunu bildirib. Söhbət zamanı Misir və Azərbaycan mədəni əlaqələrinin daim yüksək səviyyədə olduğunu qeyd edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri əlaqələrin inkişafında muxtar respublikasının rolunun vacibliyini vurğulayıb. Tərəflər arasında Naxçıvan Muxtar Respublikasında birgə layihələrin keçirilməsi, muxtar respublikanın tarixinə, adət- ənənələrinə və milli folkloruna aid tədbirlərin Misirdə keçirilməsi, eləcədə Misirin tarixi və mədəniyyəti haqqında tədbirlərin muxtar respublikada təşkil olunması barədə, eləcə də Misirdə təşkil olunan beynəlxalq film festivallarında muxtar respublikanın iştirakı məsələləri müzakirə olunub.

Həmçinin 2 noyabr tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmisi ilə görüşüb.

Görüş zamanı Təhsil Nazirliyinin rəsmisi muxtar respublikanın rəhbərliyinin təhsilə göstərdiyi diqqəti və qayğının nəticəsində bu gün orta və ali məktəblərdən olan məzunların yüksək nailiyyətləri barədə məlumat verdi. Öz növbəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Mərkəzin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verdi. Tanışlıq və əməkdaşlıq xarakteri daşıyan görüşdə Misir Azərbaycan arasında təhsil sahəsində bağlanılmış icra əməkdaşlıq müqaviləsinə əsasən misirli tələbələrin muxtar respublikada təhsil almalarını və gələcəkdə təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi, təhsil müəssisələrində Misir-Azərbaycan dostluğu barədə mühazirələrin və sərgilərin keçirilməsi mövzusunda müzakirələr edilib.


banner

Oxşar Xəbərlər