• çərşənbə axşamı, 23 aprel, 15:08
  • Baku Bakı 24°C

Misirin turizm sektoru inkişaf edir

21.03.19 12:00 430
Misirin turizm sektoru inkişaf edir
Misir Şimali Afrikanın ən sürətli inkişaf edən ölkəsi kimi tanınıb və 2019-cu ildə bu ölkədə turizmin inkişafının daha da sürətlə artacağı proqnozlaşdırılır.
AZƏRTACxəbər verir ki, Ümumdünya Turizm və Səyahətlər Şurasının (WTTC) tədqiqatlarına əsasən, 2018-ci ildə Misirin turizm sektoru 16,5 faiz artıb. WTTC mütəxəssislərinin rəyinə görə, Misirin turizm sahəsinin bərpası ölkədə təhlükəsizlik infrastrukturunun yaxşılaşması ilə bağlıdır. Bu sahədə hökumətin həyata keçirdiyi tədbirlər xarici turistlərin etibarının qaytarılmasına kömək edib və Avropa turist şirkətlərinə tanınmış dəniz kurortlarında, əsasən Şarm əl-Şeyxdə, fəaliyyətlərinin bərpa edilməsinə təsir göstərib.
WTTC-in məlumatına görə, 2018-ci ildə turizm sahəsinin ümumi daxili məhsulundakı payı 11,9 faiz ( 29,6 milyard dollar) təşkil edib. Misirin turizm sahəsi ölkə əhalisini 2,5 milyon iş yeri ilə təmin edir. Təşkilatın hesabatında həmçinin qeyd olunur ki, keçən il Misirə ən çox turistlər Almaniya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və İtaliyadan gəlib.
banner

Oxşar Xəbərlər