• cümə, 19 Aprel, 08:53
  • Baku Bakı 13°C

Misirin qapıçısı pivəyə görə mükafatdan imtina etdi

17.06.18 13:50 693
Misirin qapıçısı pivəyə görə mükafatdan imtina etdi
Misir yığmasının qapıçısı Məhəmməd Əl-Şənavi Uruqvayla keçirilən qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Kaspi.az xəbər verir ki, amma qapıçı ən yaxşı oyunçu üçün verilən mükafatı qəbul etməkdən imtina edib. Buna səbəb isə mükafatı pivə şirkətlərindən birinin təqdim etməsi olub.
Misirli qapıçı müsəlman olduğunu əsas gətirərək, bu mükafatı qəbul edə bilməyəcəyini deyib. Qeyd edək ki, qarşılaşma Uruqvayın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər