• cümə, 19 Aprel, 18:19
  • Baku Bakı 24°C

Misirin dövlət televiziyası canlı yayımda Azərbaycana veriliş həsr edib

11.06.18 16:11 1219
Misirin dövlət televiziyası canlı yayımda Azərbaycana veriliş həsr edib
Misirin "əl-Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında canlı yayımda "Mənim Xanımım” verlişi Azərbaycana həsr edilib. Veriliş "Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə yayımlanıb.
Verilişdə diaspora sədr müavini və Aynu Şəms universitetinin Azərbaycan dili müəlliməsiSədaqət Səmədova, diaspora fəalı və əl-Əzhər universitetinin Azərbaycan dili müəlliməsiİnarə Osmanovavə övladlarıSandi SəlimvəŞeyxəli Nəsiroviştirak etmişlər. Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş ediləndən sonra, iştirakçılar Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrindən, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, Ramazan ayının Azərbaycanda hansı şəkildə qeyd olunması və turizm potensialından geniş söhbət açıblar.
Eyni zamanda, Azərbaycan mətbəxinin ləziz təamları, milli geyimi təqdim olunub. Verilişin sonunda uşaqlar Sarı gəlin və dahi şairimiz Səməd Vurğunun Azərbaycan şerini oxuyub, ərəb dilinə tərcümə ediblər.

Verilişi bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=wtC6Bb7ZVKw



banner

Oxşar Xəbərlər