• çərşənbə axşamı, 23 aprel, 21:17
  • Baku Bakı 20°C

Misirdə toqquşmalar davam edir: 4 ölü, onlarla yaralı...

20.07.13 07:48 1165
Misirdə toqquşmalar davam edir: 4 ölü, onlarla yaralı...
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı Mursinin tərəfdarları olan qadınlardır. Onların güllə yaralarından keçindikləri bildirilir.
Misirin şimal paytaxtı İsgəndəriyyə şəhərində toqquşmalar hazırda da davam edir. Paytaxt Qahirədə Mursi tərəfdarları beynəlxalq aeroport istiqamətində kütləvi yürüş etməyə planlaşdırırlar. Aeroporta gedən yollar hazırda Misir ordusunun birləşmələri tərəfindən tam nəzarətə götürülüb.
Qeyd edək ki, bundan əvvəl islamçılar cümə günü “qanunçuluğun bərpası məsələsində dönüş” olacağını bəyan ediblər. Onların aksiyası müqəddəs Ramazan ayının 10-cu gününə təsadüf edib. Mursi tərəfdarlarının toplaşdığı əsas məkan Rabbiə əl-Ədaviyyə meydanıdır. Liberal siyasi qüvvələr və hərbçiləri dəstəkləyən insanlar, ənənəvi olaraq, Təhrir meydanına toplaşır.
banner

Oxşar Xəbərlər