• cümə, 29 Mart, 18:33
  • Baku Bakı 14°C

Misirdə təhsil almaq üçün fürsət

17.09.18 16:00 1157
Misirdə təhsil almaq üçün fürsət
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Misirin Qahirə Universitetinin nəzdində təşkil edilmiş ərəb dili üzrə intensiv kurslarda iştirak etmək üçün müsabiqə elan edir.
Müsabiqədə iştirak üçün ərəb dilində yaxşı səviyyədə yazıb, oxumağı və danışmağı bilən və hazırda ərəb dili ixtisası üzrə təhsil alan tələbələrdən özləri haqda məlumatları (CV) [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeydiyyatdan keçmiş namizədlər 24 sentyabr saat 15:00-da Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçiriləcək imtahanda iştirak etməlidirlər.
Qeyd edək ki, keçiriləcək imtahanda ən yüksək bal toplamış tələbələrin bütün ödənişləri (aviabilet, yaşayış, ölkə daxili gəzinti və yemək xərcləri) Misir dövləti tərəfindən ödəniləcəkdir.
Qeyd: Müsabiqədə yalnız hazırda ərəb dili ixtisası üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.

Maraqlanan şəxslər Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Tel.: 012561 12 17
banner

Oxşar Xəbərlər