Misirdə parlament seçkilərinin vaxtı açıqlanıb

Misirdə parlament seçkilərinin vaxtı açıqlanıb

Təfsilat
20 Yanvar 2020, 09:38 580
Misirdə parlament seçkiləri bu ilin noyabr ayında keçiriləcək.
 
Trend-in məlumatına görə, bunu ölkə parlamentinin qanunvericilik və konstitusiya məsələləri üzrə komitəsinin rəhbəri Baha Əbu Şəkka deyib.
Malavidən nümayəndə heyəti ilə görüşdə Əbu Şəkka bildirib ki, konstitusiya əsasən parlamentin hazırkı çağırışının işi 2021-ci il yanvarın 9-da başa çatır:

"Parlament seçkiləri 2020-ci ilin noyabr ayı tarixində keçiriləcək".